...

Türkiyədə son sutkada koronavirusdan 5 214 nəfər sağalıb

Dünya xəbərləri Materials 23 İyun 2021 04:26 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 5 214 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 57 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 293 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 6 143 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 381 736 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 214 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 242 945 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti