...

Almaniyada hərbi fəlakət rejimi elan edilib

Dünya xəbərləri Materials 16 İyul 2021 16:33 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniyada daşqınların törətdiyi fəsadlarla əlaqədar hərbi fəlakət rejimi elan edilib.

Trend-in məlumatına görə, bu qərarı ölkənin müdafiə naziri Anneqret Kramp-Karrenbauer verib.

Qeyd olunur ki, Almaniyada daşqın qurbanlarının sayı 100 nəfəri ötüb, 1 300-ə yaxın şəxs itkin düşüb.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün 850 əsgər cəlb olunub.

Yerli polis qüvvələri bölgədə xaosun hökm sürdüyünü bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti