...

Braziliyada koronavirusa daha 15 271 nəfər yoluxub

Dünya xəbərləri Materials 20 İyul 2021 08:54 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 15 271 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 391 845 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 542 nəfər ölüb, ölənlərin ümumi sayı 542 756 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti