Bakı. Trend:
Türkiyənin Ankara vilayətində ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, Bodrum-Ankara istiqamətində gedən sərnişin avtobusu idarəetməni itərərək işıq dirəyinə çırpılıb.
Bunun nəticəsində avtobus yanmağa başlayıb.
Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın söndürülüb və soyutma işləri aparılıb.
İlkin məlumata görə, avtobusda olan 22 nəfərdən 1-i ölüb, 20-si yaralanıb. Avtobus sürücüsü saxlanılaraq polis bölməsinə aparılıb.