...

Norveçdə parlament seçkilərində sol müxalifət qalib gəlib

Dünya xəbərləri Materials 14 Sentyabr 2021 06:39 (UTC +04:00)
Norveçdə parlament seçkilərində sol müxalifət qalib gəlib

Bakı. Trend:

Norveçdə keçirilən parlament seçkilərində Yonas Qara Sterenin başçılıq etdiyi İşçi Partiyası qalib gəlib.

Trend-in məlumatına görə, bu barədə səslərin 97 faizinin hesablanması nəticəsində bildirilib.

Norveçin hazırki Baş naziri Erne Solberq ölkəni 8 il idarə edən Mühafizəkarlar Partiyasının məğlubiyyətini etiraf edərək rəqibi qələbə münasibətilə təbrik edib.

Parlamentdəki 169 yerdən 104 -nü 5 müxalifət partiyasının alacağı gözlənilir ki, bunların da 88-ni İşçi Partiyası alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti