...

Bayden Hindistanı BMT Təhlükəsizlik Şurasına daimi üzv olmağa çağırıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2021 05:25 (UTC +04:00)
Bayden Hindistanı BMT Təhlükəsizlik Şurasına daimi üzv olmağa çağırıb

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden hesab edir ki, Hindistan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmalıdır.

Trend-in məlumatına görə, Hindistanın baş naziri Narendra Modi və ABŞ prezidenti arasında keçirilən görüşün yekunları üzrə Hindistanın xarici işlər nazirinin birinci müavini Harş Vardhan Şrinqla deyib.

O bildirib: "Bizim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında sədrliyimiz, xüsusilə Əfqanıstan məsələsində yüksək qiymətləndirildi. Prezident Cozef Bayden hesab edir ki, Hindistanın BMT Təhlükəsizlik Şurasında daimi yeri olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti