...

PKK “Fərat Qalxanı”nda terror aktı törədib - 2 ölü, 19 yaralı var

Dünya xəbərləri Materials 28 Sentyabr 2021 19:36 (UTC +04:00)
PKK “Fərat Qalxanı”nda terror aktı törədib - 2 ölü, 19 yaralı var

Bakı. Trend:

PKK/YPG terror təşkilatı Türkiyə ordusunun “Fərat Qalxanı” bölgəsində terror aktı törədib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, iki ayrı yerdə törədilən partlayışlarda 2 Suriya vətəndaşı ölüb, 19-u yaralanıb: “Məsum sivilləri qətlə yetirməkdən başqa bir məqsədi olmayan PKK/YPG və dəstəkçiləri unutmamalıdır ki, regionun təhlükəsizliyi və sabitliyi üçün bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcək və terror yuvalarını dağıtmağa davam edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti