...

Fransada kütləvi qətl planlaşdıran lisey şagirdi saxlanılıb

Dünya xəbərləri Materials 3 Oktyabr 2021 06:00 (UTC +04:00)

Bakı. Trend:

Fransada ölkənin Dənizkənarı Sein departamentində yerləşən məscidlərdən birində və təhsil müəssisəsində çox sayda insanı qətlə yetirməyi planlaşdıran 19 yaşlı lisey şagirdi saxlanılıb.

Trend-in "Le Parisien" qəzetinə istinadən verdiyi məlumata görə, şagird terror aktını prezident seçkilərinin birinci turuna 4 gün qalmış - 2022-ci ilin 20 aprel tarixində törətmək niyyətində olub.

Məlumata əsasən, sorğu zamanı şagird bildirib ki, təhsil müəssisəsində məruz qaldığı təhqirlərə görə lisey şagirdlərindən bu yolla qisas almaq istəyirmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti