Bakı. Trend:
ABŞ müdafiə naziri Loyd Ostin Gürcüstan, Ukrayna, Rumıniya və Belçikaya səfər edəcək.
Trend-in məlumatına görə, bunu brifinq zamanı Pentaqonun nümayəndəsi Con Kirbi deyib.
Onun sözlərinə görə, nazir və onun komandası gələn həftə Avropaya edəcəkləri səfərə hazırlaşacaqlar: "Nazir və komandası Gürcüstan, Ukrayna və Rumıniyada olacaqlar, daha sonra isə onlar bu vacib səfəri NATO ölkələrinin müdafiə nazirlərinin görüşünün keçiriləcəyi Brüssel şəhərində başa vuracaqlar".