...

ABŞ-ın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 15 Oktyabr 2021 05:54 (UTC +04:00)

Bakı. Trend:

ABŞ -ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə CNN televiziya kanalı xəbər verib.

Siyasətçinin nümayəndəsi Ancel Urena qeyd edib ki, B.Klinton xəstəxanaya infeksiyaya görə yerləşdirilib, lakin bu koronavirus deyil.

O əlavə edib ki, hazırda ABŞ -ın 42-ci prezidenti "sağalmağa doğru gedir və onun əhval-ruhiyyəsi yaxşıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti