...

Ankarada partlayış olub (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 20 Oktyabr 2021 11:59 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin paytaxtı Ankarada Mədən Tədqiqat-Axtarış İdarəsinin ərazisində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışdan sonra hadisə yerində yanğın başlayıb.

Qeyd olunur ki, bölgəyə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. Partlayışın qaz borusunda olduğu ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti