...

Sudanda hərbi çevriliş olub, baş nazir həbs edilib

Dünya xəbərləri Materials 25 Oktyabr 2021 10:42 (UTC +04:00)
Sudanda hərbi çevriliş olub, baş nazir həbs edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Sudanda hərbi çevriliş baş verib.

Trend-in məlumatına görə, ölkənin baş naziri Abdullah Hamduk hərbçilər tərəfindən ev həbsinə alınıb.

Bundan başqa, daha dörd nazir və Sudanın Suveren Şurasının nümayəndəsi saxlanılıb.

Qeyd olunur ki, paytaxt Xartumda internet kəsintiləri yaşanır.

Xatırladaq ki, Sudanda 2019-cu ilin aprelində çevriliş baş vermiş, prezident Ömər əl-Bəşir vəzifədən uzaqlaşdırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti