...

İranda məktəb divarı aşıb, məktəblilər yaralanıb

Dünya xəbərləri Materials 30 Oktyabr 2021 14:55 (UTC +04:00)
İranda məktəb divarı aşıb, məktəblilər yaralanıb

Bakı. Elnur Bağışov – Trend:

İranın şimal-şərqində yerləşən Gülüstan vilayətinin Əliabad Kətul rayonunda məktəb divarının aşması nəticəsində 14 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Gülüstan vilayətinin Qırmızı Aypara Cəmiyyətinin direktoru Fərhad Miqani deyib.

Onun sözləirnə görə, yerli vaxtla 09:44 radələrində baş verən hadisədə 11 məktəbli və 3 müəllim yaralanıb. Hazırda xəstəxanada yaralılar müalicə olunurlar.

Hadisəyə səbəb məktəbin yanında tikinti işləri ilə əlaqədar qanunsuz qazıntı işlərinin aparılması olub. Hadisə ilə əlaqədar indiyədək 2 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti