Bakı. Trend:
Meksikanın Pensil-Norte rayonunda yaşayış evində partlayış baş verib.
Trend-in məlumatına görə, partlayışa səbəb qaz sızması olub. Bildirilir ki, partlayış baş verən ev və yaxınlığındakı daha bir ev dağılıb.
Məlumata əsasən, partlayış nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.