Bakı. Orxan Nəbiyev - Trend:
Ukrayna prezidenti Vladimir Zelenski ölkədə dövlət çevrilişi olacağı barədə məlumat əldə etdiyini bildirib.
Trend-in məlumatına görə, V.Zelenski bunu Kiyevdə mətbuat konfransı zamanı deyib.
"Dövlətimiz üçün ciddi çağırışlar var, bunu hətta digər ölkələrin kəşfiyyatları da qeydə alır. Mən, məsələn, məlumat almışam ki, dekabrın 1-də dövlət çevriliş olacaq. Mənə elə gəlir ki, bu, vacib məlumatdır. Dekabrın 1-2-i gözlənilir", - deyə Ukrayna prezidenti bildirib.