...

"Bavariya" öz meydanında məğlub oldu

Dünya xəbərləri Materials 8 Yanvar 2022 03:00 (UTC +04:00)

Bakı. Trend:

Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində "Bavariya" öz meydanın Münhenqladbah "Borussiya"sını qəbul edib.

Trend-in məlumatına görə, oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Borussiya"nın heyətində qolları Florian Nayhaus (27-ci dəqiqə) və Ştefan Layner (31) vurublar, meydan sahibinin yeganə qolunu isə 18-ci dəqiqədə Robert Levandovski vurub.

Qeyd edək ki, 18 oyundan sonra "Bavariya" 43 xalla turnir cədvəlində liderdir, "Borussiya" isə 22 xalla 11-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti