...

Yer kürəsi canlıların kütləvi məhvinin altıncı dalğasının astanasındadır

Dünya xəbərləri Materials 9 Yanvar 2022 05:26 (UTC +04:00)
Yer kürəsi canlıların kütləvi məhvinin altıncı dalğasının astanasındadır

Bakı. Trend:

Hazırda Yer kürəsi canlıların kütləvi məhvinin altıncı dalğasının astanasındadır.

Trend xəbər verir ki, bu bəyanatla Stenford Universitetinin professoru Pol Erlix çıxış edib.

Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, yaxın on il ərzində planet dinozavrları öldürən meteoritin düşməsindən sonra canlıların ən kütləvi məhvi baş verə bilər, milyona yaxın flora və fauna növü yox olmaq təhlükəsiylə üz-üzədir.

Erlix qeyd edib ki, heyvan və bitkilərin kütləvi şəkildə məhv olması ilə yanaşı, bəşəriyyət iqlim dəyişikliyi, qlobal zəhərlənmə və nüvə silahı rəqabəti bərpası təhlükəsi ilə üzləşib. Hadisələrin bu cür inkişafı dünyanın bəzi yerlərində kütləvi daşqınlara, bəzilərində isə quraqlığa səbəb ola bilər.

Vurğulanır ki, bəşər tarixində ən çox qurban məhz daşqın və zəlzələ nəticəsində olub. Orta əsrlərdə Çində baş vermiş bu fəlakətlər nəticəsində müvafiq olaraq 900 və 800 min insanın ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti