...

"Volkswagen" Çində iki zavodunu bağlayıb

Dünya xəbərləri 13 Yanvar 2022 17:43 (UTC +04:00)
"Volkswagen" Çində iki zavodunu bağlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniyanın "Volkswagen" avtomobil konserni və onun çinli tərəfdaşı FAW Çinin Tyantszin şəhərində koronavirusun yayılması ilə əlaqədar iki zavodun fəaliyyətini müvəqqəti dayandırıb.

Trend-in məlumatına görə, bu barədə Almaniya şirkətinin bəyanatında deyilir.

Qeyd olunub ki, həmin zavodlarda FAW-Volkswagen avtomobillərinin, eləcə də avtomobil komponentlərinin istehsalı dayandırılır.

Zavodların fəaliyyətinin nə zaman bərpa olunacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Tyantszin şəhərində son iki gün ərzində 70-dən çox yoluxma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti