...

Meksikada avtobus qəzası nəticəsində yaralananların sayı 30-a çatıb

Dünya xəbərləri Materials 7 Fevral 2022 08:23 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın Kintana-Roo ştatında reys avtobusunun qəzaya uğraması nəticəsində azı 30 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "Televisa" televiziya kanalı xəbər verib.

Solidaridad bələdiyyəsinin mülki müdafiə şöbəsinin rəhbəri Sezar Flores Sançes bildirib ki, ilkin məlumatlara görə, 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

Xilasetmə əməliyyatın Kintana-Roo ştatının dörd bələdiyyəsinin fövqəladə hallar xidməti, həmçinin polis və Milli Qvardiyanın əsgərləri iştirak edib.

Ştatın prokurorluğu avtomobil qəzası ilə bağlı araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti