...

Jirinovski ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 9 Fevral 2022 15:43 (UTC +04:00)
Jirinovski ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyalı siyasətçi, Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-ləri yazır.

Bəzi məlumatlara əsasən, 75 yaşlı siyasətçi bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Onun koronavirusun "omikron" ştammına yoluxduğu deyilir.

Partiya rəsmiləri V.Jirinovskinin səhhəti ilə bağlı hər hansı bir açıqlama verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti