...

Çinin XİN rəhbəri Ukrayna məsələsində bütün tərəfləri sülh üçün səy göstərməyə çağırıb

Dünya xəbərləri Materials 20 Fevral 2022 03:52 (UTC +04:00)
Çinin XİN rəhbəri Ukrayna məsələsində bütün tərəfləri sülh üçün səy göstərməyə çağırıb

Bakı. Trend:

Çin Dövlət Şurasının üzvü və xarici işlər naziri Vang Yi Ukrayna məsələsində bütün tərəfləri gərginliyi artırmaq, panika yaratmaq və hətta müharibə təhlükəsi yaratmaq əvəzinə, üzərinə lazımi məsuliyyəti götürməyə və sülhə nail olmaq üçün səy göstərməyə çağırıb.

Trend xəbər verir ki, Vang bu sözləri şənbə günü videobağlantı vasitəsilə 58-ci Münhen Təhlükəsizlik Konfransında NATO-nun şərqə doğru genişlənməsi, Avropa təhlükəsizliyi və Ukraynadakı vəziyyətlə bağlı sualları cavablandırarkən deyib.

"Avropa təhlükəsizliyi məsələsinə gəldikdə, bütün tərəflər öz narahatlıqlarını ifadə edə bilərlər və Rusiyanın qanuni təhlükəsizlik narahatlıqlarına hörmət edilməli və ciddi qəbul edilməlidir.

Çin bütün tərəflərdən dialoq və məsləhətləşmələr yolu ilə Avropanın təhlükəsizliyini qorumaq üçün həqiqətən əlverişli həll yolu tapmasını gözləyir", - nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti