...

Avropada təbii qazın qiyməti 1000 dolları keçdi

Dünya xəbərləri Materials 23 Fevral 2022 17:42 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün min dollar həddini keçib.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın mart fyuçersləri 1003,5 dollar ətrafında alınıb-satılır.

Qeyd edək ki, səhər saatlarında qazın min kubmeterinin qiyməti 960 dollar ətrafında idi.

Gün ərzində təbii qaz 7 faizə yaxın bahalaşıb. Ötən gün birjalarda təbii qaz 10 faizdən çox bahalaşmışdı.

Xatırladaq ki, ötən gün Almaniya hökuməti Rusiyadan qaz nəqlini nəzərdə tutan "Şimal axını 2" layihəsinin sertifikasiyasının dayandırıldığın elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti