Bakı. Trend:
Kanada hakimiyyəti Rusiya Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən müdafiə naziri Sergey Şoyqu, maliyyə naziri Anton Siluanov və ədliyyə naziri Konstantin Çuiçenkoya qarşı sanksiyalar tətbiq edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barəd Kanadanın baş naziri Castin Trüdo bildirib.
"Biz əlavə sərt sanksiyalar tətbiq edirik. Onlar 58 fiziki və hüquqi şəxsə qarşı yönəlib", - baş nazir qeyd edib.
Kanada hakimiyyət həmçinin əvvəllər Rusiya şirkətlərinə verilmiş bütün ixrac icazələrini ləğv edəcək.
C. Trüdo vurğulayıb ki, sanksiyalar Kanadanın müttəfiqləri ilə razəlaşdırılıb.