Bakı. Trend:
Argentinanın Olavarriya şəhəri yaxınlığında (Buenos-Ayres əyaləti) qatar relsdən çıxıb.
Trend-in məlumatına görə, bu barədə şəhərin meri Ezekyel Qalli özünün "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 20-dən çox insan xəsarət alıb. "Hazırkı dövr üçün xəstəxanada 21 nəfərə tibbi yardım göstərilib", - deyə mer bildirib.
E.Qalli qeyd edib ki, xəsarət alanlardan 5-i uşaqdır və onlar artıq evə buraxılıb.
Bildirilir ki, qatar Buenos-Ayresdən Bahia-Blanka şəhərinə gedirmiş.