Bakı. Trend:
BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiyası martın 23-ü davam etdiriləcək.
Trend-in məlumatına görə, bunu "TASS"a BMT-dəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, həftənin sonuna qədər xüsuso sessiyanın iştirakçıları humanitar vəziyyətlə bağlı qətnamə üzrə səs verəcəklər.
Eyni zamanda, sessiyanın martın 23-ü keçiriləcəyini BMT Baş Assambleyasının 76-cı sessiyasının sədrinin rəsmi nümayəndəsi Polina Kubiyak təsdiqləyib.
"Baş Assambleyanın 11-ci fövqəladə xüsusi sessiyası çərşənbə günü, martın 23-də keçiriləcək", - deyə M.Kubiyak bildirib.