...

Türkiyə Ukraynada dərhal atəşkəs tələb edir - Türkiyənin BMT-dəki daimi nümayəndəsi

Dünya xəbərləri Materials 24 Mart 2022 02:06 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Ukraynada dərhal atəşkəsə çağırır.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu bildirib.

F.Sinirlioğlu deyib: "Bu müharibədə qalib ola bilməz. Bu müharibə başlamamalı idi və dərhal dayandırılmalıdır".

O, çıxışına belə davam edib: “Dünya birliyi buna dözə bilməz, bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

F.Sinirlioğlu hər gün qadın və uşaqların öldüyü Mariupoldakı kritik vəziyyəti diqqətə çatdırıb:

"Biz ukraynalı qardaşlarımızı bəlada qoymayacağıq", - deyə Türkiyənin BMT-dəki daimi nümayəndəsi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti