Bakı. Trend:
Los-Ancelesdə keçirilmiş 94-cü "Oskar" kino mükafatlarının təqdimat mərasimində aktyor Uill Smit həmkarı Kris Roka şillə vurub.
Trend-in məlumatına görə, U.Smit bu addımı Kris Rokun onun həyat yoldaşının xəstəliyi ilə bağlı zarafatından sonra atıb.
Bir müddət sonra Uill Smit hərəkətinə görə üzr istəyib.
Qeyd edək ki, o, ötən gecə ən yaxşı aktyor kateqoriyasında "Oskar" mükafatına layiq görülüb.