...

Almaniya prezidenti koronavirusa görə Polşaya səfərini təxirə salıb

Dünya xəbərləri Materials 28 Mart 2022 18:32 (UTC +04:00)
Almaniya prezidenti koronavirusa görə Polşaya səfərini təxirə salıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya prezidenti Frank-Valter Ştaynmayer koronavirusa yoluxması ilə əlaqədar Polşaya martın 29-da planlaşdırılan səfərini təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə prezidentin işlər idarəsi bildirib.

Qeyd olunur ki, F.Ştaynmayerin bu gün verdiyi təkrar koronavirus testi də müsbət nəticələnib.

Xatırladaq ki, Almaniya prezidenti, eləcə də onun həyat yoldaşı martın 22-də koronavirusa yoluxmuşdu. Onların xəstəliyinin yüngül formada keçdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti