...

"Oskar" mərasimi zamanı dava ilə bağlı insident araşdırılacaq

Dünya xəbərləri Materials 29 Mart 2022 02:10 (UTC +04:00)
"Oskar" mərasimi zamanı dava ilə bağlı insident araşdırılacaq

Bakı. Trend:

ABŞ Kino Akademiyası lazımi tədbirləri görmək üçün "Oskar" mükafatının təqdim etmə mərasimi zamanı Uill Smitin Kris Roka hücumu ilə bağlı insidenti araşdıracaq.

Trend-in məlumatına görə, bu barədə akademiyanın yaydığı açıqlamada bildirilib.

"Akademiya Cənab Smitin hərəkətlərini qınayır. Biz rəsmi olaraq insidentlə bağlı araşdırmaya başlamışıq və qaydalarımıza və standartlarımıza uyğun olaraq sonrakı addımları və baş verənlərin nəticələrini araşdıracağıq", - deyə qeyd olunub.

Qeyd edək ki, ötən gün U.Smit onun həyat yoldaşının xəstə olması ilə bağlı pis zarafat etdikdən sonra canlı TV-də K.Rokun üzünə sillə vurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti