...

Uill Smitt "Oskar" mərasimində həmkarına qarşı etdiyi hərəkətinə görə üzr istəyib

Dünya xəbərləri Materials 29 Mart 2022 05:57 (UTC +04:00)
Uill Smitt "Oskar" mərasimində həmkarına qarşı etdiyi hərəkətinə görə üzr istəyib

Bakı. Trend:

Amerikalı aktyor Uill Smit "Oskar" kino mükafatlarının təqdimat mərasiminin aparıcısı Kris Roka hücum etdiyi üçün üzr istəyib.

Trend-in məlumatına görə, bu barədə U.Smit öz "Instagram" səhifəsində yazıb.

"Dünən gecə mərasimdəki davranışım qəbuledilməz və bağışlanmazdır. Mən səndən açıq şəkildə üzr istəmək istəyirəm, Kris. Mən utanıram, hərəkətlərim olmaq istədiyim insanı əks etdirmir", - deyə aktyor etiraf edib.

U.Smit, həmçinin Amerika Kino Akademiyasından, şounun təşkilatçılarından və bütün tamaşaçılardan üzr istəyib. O izah edib ki, həyat yoldaşının sağlamlıq vəziyyəti ilə bağlı zarafatın emosional reaksiyaya səbəb oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti