...

Çində "omikron"-ştammın yeni variantı aşkarlanıb

Dünya xəbərləri Materials 4 Aprel 2022 05:51 (UTC +04:00)
Çində "omikron"-ştammın yeni variantı aşkarlanıb

Bakı. Trend:

Çində koronavirusun "omikron"-ştammının yeni alt variantı aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə "Global Times" qəzeti xəbər yayıb.

Məlumata əsasən, martın 28-də Çinin şərqində, Tzyansu əyalətində BA 1.1 alt variantı aşkar edilib.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən bildirilib ki, yeni variant barədə daha çox öyrənmək və araşdırma aparmaq üçün vaxt lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti