...

Jirinovskinin partiyasının parlament fraksiyasına yeni rəhbər təyin olunub

Dünya xəbərləri Materials 6 Aprel 2022 17:26 (UTC +04:00)
Jirinovskinin partiyasının parlament fraksiyasına yeni rəhbər təyin olunub

Bakı. Trend:

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) parlament fraksiyası rəhbərinin vəzifələrini icra edəcək.

Trend-in məlumatına görə, bunu fraksiya rəhbərinin vəzifəsini icra edən Yaroslav Nilov deyib.

O, L.Slutskinin partiya üzvləri arasında yekdilliklə bu vəzifəyə seçildiyini bildirib.

Eyni zamanda, Aleksey Didenko RLDP-nin parlamentdən kənar sədr vəzifələrini icra edən təyin olunub

Qeyd edək ki, RLDP-nin sədri Vladimir Jirinovski bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti