...

Suriyada hərbi baza atəşə tutulub, ABŞ hərbçiləri arasında yaralılar var

Dünya xəbərləri Materials 8 Aprel 2022 04:44 (UTC +04:00)
Suriyada hərbi baza atəşə tutulub, ABŞ hərbçiləri arasında yaralılar var

Bakı. Trend:

Suriyanın şərqində koalisiya qüvvələrinə məxsus bazanın atəşə tutulması nəticəsində dörd ABŞ əsgəri yaralanıb.

Trend xəbər verir ki, bu barədə koalisiya qüvvələrinin komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, yaralılar baş beynin xəsarəti ehtimalını aradan qaldırmaq üçün lüzımi müayinələrdən keçirilirlər.

Məlumata görə, bazaya iki mərmi buraxılıb. Nəticədə ərazi yerləşən iki köməkçi tikiliyə zərər dəyib.

Hadisənin hansı qruplaşma və ya təşkilat tərəfindən törədildiyi haqqında məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti