...

Belçikada "omikron" ştammının yeni variantına ilk yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 12 Aprel 2022 05:14 (UTC +04:00)

Bakı. Trend:

Belçikada koronavirusun "omikron" ştammının BA.4 adlandırılan yeni variantına ilk yoluxma halı qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Löven Katolik Universitetinin virusoloqları Mark Van Ranst və Pyet Maas bildiriblər.

"Viruslar mutasiyaları toplayır, həmişə belə edirlər. Yeni variantlar hələ də peyda olacaq", - deyə Mark Van Ranst bildirib.

Ekspert izah edib ki, o, koronavirusun tamamilə yeni variantlarındansa "omikron"un alt variantlarına üstünlük verir.

Bildirilib ki, BA.4 və BA.5 variantları Cənubi Afrika, Botsvana, Almaniya, Danimarka və Böyük Britaniyada mövcuddur. Belçikada "omikron"un BA.5 variantı hələ aşkar edilməyib.

Qeyd edilir ki, bir sıra ölkələrdə "omikron" ştammının yeni variantlarının ortaya çıxması yoluxma hallarının, xəstəxanaya yerləşdirilmələrin və ya ölüm hallarının əhəmiyyətli dərəcədə artmasına səbəb olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti