...

İspaniyada uşaqlarda naməlum mənşəli hepatitə yoluxma aşkarlanıb

Dünya xəbərləri Materials 14 Aprel 2022 12:33 (UTC +04:00)
İspaniyada uşaqlarda naməlum mənşəli hepatitə yoluxma aşkarlanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyada 10 yaşa qədər uşaqlarda naməlum mənşəli ağır kəskin hepatit aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Madrid əyalətinin Səhiyyə departamenti bildirib.

Qeyd olunur ki, bu xəstəlik iki yaşdan yeddi yaşadək üç uşaqda müşahidə olunub. Onlardan birinə qaraciyər köçürmək tələb olunub.

Aparılan ilkin araşdırmalar A, B, C, D və E hepatit viruslarını istisna edib. Bundan başqa, xəstəliyin COVID-19-a yoluxma və ya vaksinasiya ilə əlaqəli olmadığı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti