Bakı. Trend:
Niderlandda dörd uşaq naməlum mənşəli kəskin hepatitə yoluxub.
Trend-in məlumatına görə, bu barədə Qroningen Universitetinin tibbi mərkəzinin cərrahı Ruben de Kleyn bildirib.
Qeyd olunub ki, həmin uşaqlardan üçünə qaraciyər transplantasiya edilib. Hazırda hepatitin yaranma səbəbləri və mənşəyi araşdırılır.
Ötən gün Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi naməlum mənşəli kəskin hepatitin Böyük Britaniya, Danimarka, İrlandiya, İspaniya və ABŞ-da uşaqlarda aşkar edildiyini açıqlamışdı.
Bu xəstəliyin koronavirus və ya koronavirusa qarşı vaksinasiya ilə əlaqəli olmadığı müəyyən edilib.