...

Dünyada uşaqlar arasında naməlum hepatit növünə yoluxmalar qəydə alınmaqda davam edir

Dünya xəbərləri Materials 21 Aprel 2022 04:39 (UTC +04:00)
Dünyada uşaqlar arasında naməlum hepatit növünə yoluxmalar qəydə alınmaqda davam edir

Bakı. Trend:

Dünya ölkələrində uşaqlar arasında naməlum hepatit növünə yoluxmalar aşkar edilir.

Trend xarici KİV-lərə istinadla xəbər verir ki, artıq Böyük Britaniya, Hollandiya, İspaniya, Danimarka, İsrail və ABŞ-da adıçəkilən xəstəliyə yoluxma halları qeydə alınıb.

Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzi bəzi xəstələrdə gedişatın ağır olduğunu, hətta qaraciyər transplantasiyasına ehtiyac duyulduğunu bildirib.

Məlumatlara görə, ümumi simptomlar kəskin hepatit üçün xarakterikdir. Lakin bu xəstəliyin elmə məlum olan növlərinin heç biri laboratoriya müayinələri zamanı təsdiqini tapmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı da artıq yoluxma halları ilə bağlı müvafiq araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti