Bakı.
Ruminiyada naməlum mənşəli kəskin hepatitə ilk yoluxma faktı qeydə alınıb.
Trend-in məlumatına görə, bu xəstəliyə paytaxt Buxarest yaxınlığında yaşayan 5 yaşlı qız yoluxub.
Rumıniya Səhiyyə Nazirliyi həmin qızın hər hansı bir digər fəal infeksion və autoimmun xəstəliyinin olmadığını və ya hər hansı xarici ölkədə olmadığını bildirib.
Məlumata əsasən, 5 yaşlı uşaq aprelin 4-dən xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ÜST-ün Avropa bürosunun məlumatına görə, bu günədək naməlum mənşəli kəskin hepatit Böyük Britaniya, Niderland, İspaniya, Danimarka, İsrail, ABŞ da daxil olmaqla 12 ölkədə 169 nəfərdə qeydə alınıb. Hepatitə yoluxanların yaşı 1 aydan 16 yaşadək uşaqları əhatə edir.