...

Braziliyada "omikron" ştammının yeni mutasiyası aşkarlanıb

Dünya xəbərləri Materials 28 Aprel 2022 08:42 (UTC +04:00)
Braziliyada "omikron" ştammının yeni mutasiyası aşkarlanıb

Bakı. Trend:

Braziliyalı epidemioloqlar koronavirusun "omikron" ştammının yeni mutasiyasını aşkar ediblər.

Trend "Folha de S.Paulo" qəzetinə istinadən xəbər verir ki, söhbət "omikron" ştammının BA.1 və BA.2 variantlarının kombinasiyası formasında mutasiyasından gedir. Sözügedən mutasiya "Gisaid" beynəlxalq məlumat bazasında yoxdur.

İnfeksiyanın yeni növünün aşkar edildiyi biomaterial nümunəsi fevralın 16-da San-Pauloda üç yaşlı uşaqdan götürülüb.

Qeyd edilir ki, "omikron"un yeni tam rekombinasiyasının yaranması haqqında danışmaq üçün heç bir əsas yoxdur, çünki bunun üçün müvafiq mutasiya ən azı beş nümunədə təsdiqlənməlidir.

Hazırda Braziliyada koronavirusun üstünlük təşkil edən variantı "omikron"un BA.2 mutasiyasıdır ki, bu da ölkədəki bütün yoluxma hallarının təxminən 70 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti