Bakı. Trend:
Danimarkada koronavirusun omikron ştammının yeni alt variantlarında yoluxma halları qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Danimarkanın Dövlət Serum İnstitutu bildirib.
Qeyd olunur ki, söhbət koronavirusun BA.4, BA.5 və BA.2.12.1 alt variantlarından gedir. İlk iki variantın CAR və ABŞ-da geniş yayıldığı deyilir.
Ötən həftə Danimarkada qeydə alınan yoluxmaların təxminən 99 faizinin BA.2 variantına yoluxma olduğu bildirilib.