...

Kanadanın baş naziri Ukraynanın İrpen şəhərində olub

Dünya xəbərləri Materials 8 May 2022 19:58 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın baş naziri Castin Trüdo Ukraynanın İrpen şəhərini ziyarət edib.

Trend Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şəhərin sədri Aleksandr Markuşin özünün "Facebook" səhifəsində yazıb.

"Mən Kanadanın Baş naziri Castin Trüdo ilə danışmaq şərəfinə nail oldum. O, İrpinə gəlib <...>", - deyə şəhərin sədri bildirib.

Şəhərin sədri Kanadanın Ukraynaya verdiyi dəstəyə görə C.Trüdoya təşəkkür edib. A.Markuşin həmçinin qeyd edib ki, o, Ukrayna şəhərlərinin bərpası məsələsində ölkələr arasında gələcək əməkdaşlığa inanır.

"İrpində infrastruktur obyektlərinin bərpası ilə bağlı Kanadadakı Ukrayna diasporunun səylərinin təşkilində cənab Castin Trüdonun dəstəyinə ümid edirəm. İrpen yaxın vaxtlarda müvafiq rəsmi məktublarla müraciət edəcək", - deyə A.Markuşin əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti