...

Yaponiyada naməlum mənşəli hepatitə yoluxanların sayı artır

Dünya xəbərləri Materials 28 May 2022 10:02 (UTC +04:00)
Yaponiyada naməlum mənşəli hepatitə yoluxanların sayı artır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyada 7 uşaqda naməlum mənşəli hepatit aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi bildirib.

Qeyd olunur ki, xəstəliyə tutulan uşaqların yaşı 16-dan aşağıdır.

Bu günədək Yaponiyada naməlum mənşəli hepatit 31 nəfərdə aşkar edilib. İlk dəfə xəstəlik ölkədə aprelin 25-də qeydə alınmışdı.

Ümumiyyətlə, dünyada bu günədək 31 ölkədə 610 nəfərdə naməlum mənşəli hepatit aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti