Bakı. Trend:
2022-ci ilin əvvəlindən İspaniyada naməlum mənşəli hepatit azı 30 nəfərdə aşkar edilib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd olunur ki, xəstəliyə yoluxanların 24 nəfəri 10 yaşdan kiçik uşaqlardır. İspaniyada hepatitin bu növünün ən geniş yayılmış simptomları qusma, qızdırma və sarılıq olub.
Bir neçə gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatı naməlum mənşəli hepatitin 33 ölkədə 650 nəfərdə aşkar olunduğunu bildirib.