...

"Coca-Cola" Rusiyada satış və istehsalı dayandırıb

Dünya xəbərləri Materials 17 İyun 2022 02:38 (UTC +04:00)
"Coca-Cola" Rusiyada satış və istehsalı dayandırıb

Bakı. Trend:

Qazlı içkilər istehsalçısı "Coca-Cola"-nın Rusiyadakı distribyutoru - "Coca-Cola Hellenic Bottle Company" (Coca-Cola HBC) ölkədə içkilərin istehsalını və satışını dayandırdığını elan edib.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi şirkətin bəyanatına istinadla məlumat yayıb.

Qeyd olunur ki, distribyutorun rusiyalı müştərilərinə tədarük olunmuş məhsullar artıq tükənmək üzrədir. Bundan sonra isə yeni tədarük və ya istehsal partiyası olmayacaq.

"Coca-Cola HBC" Rusiyada və digər ölkələrdə şirkətin brendlərinə məxsus içki fabriklərinin sahibidir.

Xatırladaq ki, martın əvvəlində "Coca-Cola" Rusiyadakı fəaliyyətinin dayandırıldığı barədə məlumat yaymışdır. Bununla belə, ölkədə məhsulun istehsalı və satışı davam etdirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti