...

Hindistanda daşqınlar nəticəsində 31 nəfər həlak olub

Dünya xəbərləri Materials 18 İyun 2022 07:38 (UTC +04:00)
Hindistanda daşqınlar nəticəsində 31 nəfər həlak olub

Bakı. Trend:

Hindistanın Assam və Meqxalaya ştatlarında güclü musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində son iki gündə ən azı 31 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "NDTV" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Assam ştatında daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 12 nəfər ölüb. Meqxalaya ştatının hakimiyyəti 19 nəfərin öldüyünü bildirib.

İki ştatda 3000-ə yaxın kənd su altında qalıb. Ötən çərşənbədən ölkənin şimal-şərqinin bir sıra rayonlarına 800 mm-dən çox yağıntı düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti