...

"Meymunçiçəyi" xəstəliyinin yayılması qlobal fövqəladə hal deyil - ÜST

Dünya xəbərləri Materials 26 İyun 2022 03:45 (UTC +04:00)
"Meymunçiçəyi" xəstəliyinin yayılması qlobal fövqəladə hal deyil - ÜST

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "meymunçiçəyi" ilə mübarizə komitəsi belə nəticəyə gəlib ki, xəstəliyin yayılma miqyası hal-hazırda ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal deyil.

Trend "TASS"-a istinadən xəbər verir ki, bu barədə komitənin iclasının yekunları üzrə dərc olunmuş məlumatda deyilir.

"Bir neçə komitə üzvü fərqli fikirlər söyləsə də, komitə konsensus olaraq ÜST-nin Baş direktoruna xəstəliyin yayılmasının hazırkı mərhələdə ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal kimi xarakterizə edilməməsini tövsiyə etmək qərarına gəldi", - sənəddə bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti