Bakı. Trend:
Ekvadorda neft hasilatı kritik dərəcədə aşağı səviyyədədir və neftayırma zavodları və quyularda kütləvi etirazlar nəticəsində pozulan logistika bərpa olunmasa iki gün ərzində tamamilə dayandırılacaq.
Trend xəbər verir ki, bu barədə ölkənin Energetika və Mədən Sənayesi Nazirliyindən bildiriblər.
"Neft hasilatı kritik səviyyədədir, bu gün rəqəmlər 50 faizdən çox azalma göstərir (12 iyuna qədər orta hesabla 520 min barel hasil edilib). Vəziyyət belə davam edərsə, ölkədə neft hasilatı 48 saat ərzində dayandırılacaq, çünki vandalizm aktları, quyuların tutulması və yolların bağlanması nəticəsində işlərin davam etdirilməsi üçün lazım olan xammalın və dizel yanacağının daşınması qeyri-mümkün olub", - deyə açıqlamada bildirilir.