...

Gürcüstan Rusiya ilə gömrük-keçid məntəqəsini müvəqqəti bağlayıb

Dünya xəbərləri Materials 27 İyun 2022 12:21 (UTC +04:00)
Gürcüstan Rusiya ilə gömrük-keçid məntəqəsini müvəqqəti bağlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan güclü yağışların beynəlxalq əhəmiyyətli avtomobil yolunu yarasız vəziyyətə gətirməsi ilə əlaqədar Rusiya ilə sərhəddə "Kazbeqi" gömrük-keçid məntəqəsinin işini müvəqqəti dayandırıb.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, Dəryal dərəsində davam edən fövqəladə vəziyyətlə əlaqədar "Kazbeqi" gömrük-keçid məntəqəsində bütün prosedurlar dayandırılıb.

Məlumata əsasən, şiddətli yağıntılarla əlaqədar Terek və Devdoraki çayları məcradan çıxıb və nəticədə Rusiya sərhədinə aparan beynəlxal əhəmiyyətli yolun müəyyən hissəsi sıradan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti