...

ABŞ Ukrayna taxılına dair sazişin maneəsiz həyata keçiriləcəyinə ümid edir

Dünya xəbərləri Materials 23 İyul 2022 04:02 (UTC +04:00)
ABŞ Ukrayna taxılına dair sazişin maneəsiz həyata keçiriləcəyinə ümid edir

Bakı. Trend:

ABŞ Ukraynadan kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə ixracı üçün taxıl dəhlizinin yaradılmasına dair imzalanmış saziş çərçivəsində razılaşmaların həyata keçirilməsinin fasiləsiz və maneəsiz olacağını gözləyir.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilir.

"Dünyadakı ac qalan insanlar gözləyə bilmir və biz bugünkü razılaşmanın həyata keçirilməsinin dərhal başlayacağına və heç bir maneə olmadan davam edəcəyinə ümid edirik" - deyə, E.Blinken bildirib.

Onun sözlərin görə, ABŞ bu sazişi alqışlayır və BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı bu müzakirələrdə vasitəçilik etmək üçün göstərdikləri xüsusi diplomatik səylərə görə təşəkkür edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti