Bakı. Trend:
ABŞ prezidenti Co Baydenin növbəti koronavirus testinin nəticəsi mənfi çıxıb.
Trend xəbər verir ki, bunu ABŞ liderinin müalicəsi ilə məşğul olan həkim Kevin O'Konnor deyib.
"Bu səhər prezidentin SARS-CoV-2 üçün antigen testinin nəticəsi ardıcıl ikinci gün mənfi olub. O, ictimai fəaliyyətlərə və prezident səfərlərinə qayıdacaq", - deyə K.O'Konnor bildirib.